Hillari Klinton Baydenə görə Kiyevi hücuma keçməyə çağırıb - VİDEO

  Hillari Klinton   Baydenə görə Kiyevi hücuma   keçməyə çağırıb -  VİDEO
  03 İyul 2024    Oxunub:1399
ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton məşhur rusiyalı prankerlər Vovan (Vladimir Kuznetsov) və Lexus (Aleksey Stolyarov) ilə telefon danışığında Co Baydenin noyabrda keçiriləcək preizdent seçkilərində qalib gəlməsi üçün Ukraynanı cəbhədə hücuma keçməyə səsləyib.
AzVision.az rusiyalı prankerlərin bu gün öz Telegram-kanallarında yerləşdirdikləri telefon danışığına istinadən xəbər verir ki, onlar xanım Klintonla ünsiyyət zamanı Ukraynanın sabiq prezidenti Pyot Poroşenkonun adından istifadə ediblər.

Klinton bildirib ki, ABŞ-da çətin şəraitin olmasına rəğmən, Amerika liderinin yenidən seçilməsinin təmiatı üçün hər şeyi edir. O, həmçinin Poroşenkonu Ukraynanın və onun xalqının güclü səsi adlandırıb.

“Yalnız bu xətti tutmaq yox, həm də hücuma keçməyə çalışmaq üçün Siz dəstək göstərməlisiniz. Onda, yəqin ki, ölkəmizdə bir çoxları prezident Baydeni yenidən seçmək üçün əllərindən gələni edəcəklər. ABŞ seçkilərinin nəticələri Ukrayna ordusundan asılıdır. Baydenin rəqibi, keçmiş prezident Donald Tramp “çox təhlükəli” namizəddir, çünki o, Ukrayna münaqişəsinə son qoymaq iddiasındadır” , - Hillari Klinton deyib.

Hillari Klinton Donald Trampa qarşı sui-qəsd hazırlamağa razılaşıb
Poroşenkonun adından Vovan və Leksusun xanım Klintonun seçkilərdən əvvəl Trampa “hücum” etmək təklifinə də ABŞ-nin keçmiş Dövlət katibi razılaşıb. Bunun üçün onlar Donald Trampı ləkələyəcək materiallar tapacaqlarını və səfirlikdən ABŞ-a “öz adamlarını” göndərməyi təklif ediblər.

“Yaxşı. Ona qarşı çıxmaq üçün nə edilə bilərsə, mən bunun tam tərəfdarıyam, çünki o, çox təhlükəli adamdır”, - sabiq Dövlət katibi öz mövqeyində qətiyyətli olduğunu nümayiş etdirib.

Prankerlərlə Ukraynanın NATO-ya üzvlüyü məsələsini də müzakirə ediən Hillari Klinton bildirib ki, o və tərəfdaşları Almaniyanın və ABŞ-nin rəhbərliyini Kiyevə alyansa dəvət göndərməyə razı salmağa çalışırlar.

Qeyd edək ki, bir həftə əvvəl Vovan (Kuznetsov) və Lexus (Stolyarov) yenə də Poroşenkonun adından Böyük Britaniyanın Xarici İşlər naziri Devid Kemeronla telefon danışığı oyunu aparıblar. Onların qurduğu tələyə düşən Kemeron bildirib ki, Ukrayna NATO-nun növbəti sammitində alyansa qoşulmaq üçün dəvət almayacaq. Bundan əlavə, o Böyük Britaniyanın özəl qaydada Fransadan Ukraynadakı münaqişəni qızışdırmamağı, daha doğrusu, döyüş bölgəsinə qoşun göndərməməyi xahiş etdiyini deyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Klinton   prankerlər  





Xəbər lenti