Bayden “təslim” olmaq fikrində deyil

   Bayden    “təslim” olmaq    fikrində deyil
  04 İyul 2024    Oxunub:1473
ABŞ-nin hazırkı lideri Co Bayden noyabrda keçiriləcək prezident seçkiləri ilə bağlı kampaniyanı tərk etmək istəmədəiyini açıqlayıb.

AzVision.az bildirir ki, məlumatlı şəxslərə istinad edən “Reuters” agentliyi belə xəbər yayıb.

“Özünün seçki komandasının narahat üzvlərinin zənginə cavab verən Bayden heç yerə getməyəcəyini söyləyib. Bayden seçkilərə qatılacağını, Demokratlar partiyasının lideri kimi qaldığını və heç kimin onu bu yarışdan kənarlaşdırmayacağını bildirib”, - agentliyin məlumatında deyilir.

Bir həftə əvvəl rəqibi Donald Trampla apardığı acınacaqlı debatdan sonra tərəfdarlarını partiyanın bayraqdarı kimi xidmət edə biləcəyinə inandırmaq üçün Bayden dünən axşam 24 demokrat qubernator və Vaşinqtonun meri ilə virtual şəkildə və şəxsən görüşüb. Bu görüşlərdə o, fəlakətli debatlar fonunda seçki kampaniyasından çıxmaq çağırışlrını rədd edib.

Xatırladaq ki, Baydenlə Tramp arasındakı prezidentlik yarışı çərçivəsində iyunun 28-də baş tutan ilk debat hazırkı dövlət başçısı üçün böyük uğursuzluqla nəticələnib. Debatlar zamanı ABŞ prezidentinin səsi tez-tez boğulurdu ki, b unu da sonradan Bayden soyuqdəymə ilə əlaqələndirdi. Düşüncə ardıcıllığını itirən ABŞ prezidenti özünün heç bir təklifini aydın şəkildə formalaşdıra bilmədi.

Məhz bundan sonra demokratların sıralarında Baydenin başqa bir namizədlə əvəzlənməsi barədə fikirlər gündəmə gəldi. Lakin göründüyü kimi seçkilərin keçiriləcəyi noyabr ayında 82 yaşı tamam olacaq Co Bayden Ağ Evdəki vəzifəsini itirmək perspektivi ilə heç cür barışmaq istəmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bayden   seçkilər  





Xəbər lenti