Rişi Sunakın rəhbərliyində Mühafizəkarlar Partiyası isə cəmi 23.7% (119 mandat) toplaya bilib.
Britaniyada parlament seçkiləri keçirilir - FOTO/VİDEO - YENİLƏNİB |
Beləliklə, Starmer Britaniyanın yeni Baş naziri kimi vəzifəyə gələcək.
O, qələbənin ardınca seçicilərə öz təşəkkürünü bildirərək:
"Siz ölkəmizi dəyişdiniz. Vəzifəmiz bu ölkəni birləşdirən ideyaları yeniləməkdir", - söyləyib.
Seçkidə Leyboristlər Partiyasının qələbəsi Britaniyada Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyətini başa çatdırıb.
Sunak öz rəqibinə qələbə münasibətilə təbrikini çatdırıb.
"Hakimiyyət bu gün hərtərəfli, dinc və nizamlı şəkildə yeni sahibinə ötürülür. Öyrənməli, nəticə çıxarmalı çox məqam var. Əzmkar Mühafizəkar namizədlərin məğlubiyyətinə görə məsuliyyəti öz üzərimə götürürəm. Üzr istəyirəm", - o vurğulayıb.
Mühafizəkarlar Partiyasının iqtidarı əldən verməsinə səbəb kimi Britaniyada onun hakimiyyəti dövründə baş verən ictimai-siyasi, iqtisadi problemlər göstərilir. Partiyaya mənsub şəxslər də bildirirlər ki, məğlubiyyətə gətirib çıxaran problemlər məhz hökumət başçılarının səriştəsizliyindən irəli gəlir.
"Uduzmağa layiq idik. Mühafizəkarlar Partiyası sadəcə yorğun və ideyasız görünür. Hər halda, bu, təkcə Rişi Sunakın təqsiri deyil. Partiyanı fəlakətə aparmaqda Boris Conson və Liz Trassın da payı var", - Köklü Mühafizəkarrlar Təşkilatının sədri "Reuters"ə açıqlamasında söyləyib.
Firudin Həmidli
AzVision.az