Rusiyada sülhün və nüvə zərbəsinin tərəfdarlarının sayı artıb
- Nüvə zərbəsi ideyası ən çox təqaüdçülər arasında dəstək alıb. Nüvə silahının istifadəsinə haqq qazandırmayan düşüncə daha çox gənc (18-24 yaş) ruslar (63%), ölkənin yanlış yolla getdiyinə inananlar (64%) və hazırkı prezidentin fəaliyyəti bəyənməyənlər (72%) arasında üstünlük təşkil edib,” – sorğunun nəticələrinin açıqlandığı hesabatda deyilir.
Eyni zamanda, rəyi soruşulanların 58%-i Rusiya ilə Ukraynanın sülh danışıqlarına başlamalı olduğunu düşünür. Bu ilin may ayı ilə müqayisədə belə insanların sayı 4% artıb. Respondentlərin 37%-i hərbi əməliyyatların davam etdirilməsinin tərəfdarıdır ki, bu da son iki ayda 6% azalma deməkdir.
Öz növbəsində rusların 41%-i Rusiyanın , 21 %-i sə Ukraynanın danışıqlarda daha çox maraqlı olduğunu iddia edir. 28% isə hesab edir ki, danışıqlarda hər iki tərəf eyni dərəcədə maraqlıdır. Bu baxımdan, son bir ildə birinci versiyanı dəstəkləyənlərin sayı 3%, ikinci variantı dəstəkləyənlərin sayı isə 4% artıb.
Bununla belə, rusların yalnız 11%-i müharibədəki ölümlərə və dağıntılara görə məsuliyyətin Ukraynanın üzərinə düşdüyünü hesab edr. Respondentlərin 6%-i müharibədə Rusiyanı günahlandırır ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2% azalma deməkdir.
Rəyi soruşulnaların böyük əksəriyyəti – 65%-i ABŞ və ya bütövlükdə NATO-nu Rusiya-Ukrayna müharibəsinin alovlanmasında müqəssir hesab edir. Bir il əvvəl isə bu variantı 56% respondent dəstəkləmişdi. Göründüyü kimi, müharibə uzandıqca və kollektiv Qərbin Ukraynaya hərbi-maliyyə dəstəyi artdıqca Rusiya cəmiyyətində ABŞ-yə və NATO-ya qarşı neqativ münasibət də güclənir.
Sahil İsgəndərov
AzVision.az