"Böyük Şeytan" Cənubi Qafqazda öz məqsədlərini güdür" - İran səfiri

      "Böyük Şeytan" Cənubi Qafqazda öz məqsədlərini güdür"    - İran səfiri
  05 İyul 2024    Oxunub:1209
"ABŞ regionda yürütdüyü siyasətlə Cənubi Qafqaz xalqlarının maraqlarını nəzərə almır".
AzVision.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani Vaşinqtonun Ermənistan-Azərbaycan danışıqlar prosesini dəstəkləməsi ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

“Strateji dialoq”dan“strateji tərəfdaşlığ”a: Paşinyan Saakaşvilinin yolu ilə gedir?
O qeyd edib ki, rəsmi Tehran Ermənistan və Azərbaycanın sülhə nail olmaq səylərini alqışlayır: "Biz müharibənin əleyhinəyik və sülh tərəfdarıyıq. Regionda sülhə alternativ yoxdur. Bu, bizim prinsipial yanaşmamızdır. Biz İrəvanla Bakı arasında dialoqun tərəfdarıyıq".

Bununla belə, Tehran Vaşinqtona etibar etmir. Sobhaninin fikrincə, “Böyük Şeytan” bölgəyə daxil olan zaman o, öz məqsədlərini güdür, xalqların sülh və təhlükəsizliyi üçün səy göstərmir.

Səfir onu da əlavə edib ki, Vaşinqton məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrdən istifadə edir: "Onlar Cənubi Qafqazı başqa ölkə ilə hesablaşma platformasına çevirmək istəyirlər. “Böyük Şeytan”la bağlı təcrübəmizi nəzərə alsaq, onların iddialarına xeyli şübhə ilə yanaşırıq. Birləşmiş Ştatlar bölgədəki gərginliyə birbaşa təsir etmək üçün xeyli uzaqdadır. Burada hər hansı bir müharibə və ya gərginlik regionun bütün ölkələrinə təsir edəcək".

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Ermənistan   Cənubi-Qafqaz   İran   Səfir  





Xəbər lenti