Qırğızıstanda hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alınıb

   Qırğızıstanda    hakimiyyəti ələ keçirmək    cəhdinin qarşısı alınıb
  05 İyul 2024    Oxunub:1109
Qırğızıstanın xüsusi xidmət orqanları ölkədə hakimiyyətin zorla ələ keçirilməsi cəhdini dəf ediblər.
AzVision.az xəbər verir ki, Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, ölkənin xüsusi xidmət orqanları hakimiyyətin zəbt olunması cəhdinin qarşısını alıblar.

“Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və konstitusiya quruluşunun əsaslarının qorunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində vətəndaşların ölümü ilə nəticələnən kütləvi iğtişaşlar təşkil etməklə hakimiyyəti zorakılıqla ələ keçirmək və ictimai-siyasi sabitliyi pozmaq planlarını həyata keçirən dağıdıcı qrupun qanunsuz fəaliyyətinin qarşısı alınıb”, - bəyanatda deyilir.

Məlumatda bildirilir ki, qrup cinayətkarlıq ideologiyasını dəstəkləyən, eləcə də fanatik şəkildə dini ideologiyanı qəbul edən şəxslərdən formalaşıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticələsində 4 Qırğızıstan vətəndaşı tutularaq istintaq təcridxanasının müvəqqəti saxlama kamerasına yerləşdirilib.

- Saxlanılan şəxslərin yaşayış yerlərində və onların istifadəsində olan nəqliyyat vasitələrində axtarış zamanı əldəqayırma partlayıcı qurğuların hissələri, odlu silahlar, döyüş sursatı, rasiya, zirehli geyimlər, hüquq-mühafizə orqanları əməkdaşlarının geyim forması, pilotsuz uçan aparatlar, ekstremist ədəbiyyat, habelə qadağan olunmuş digər əşyalar aşkar edilərək götürülüb”, - verilən açıqlamada qeyd olunur.

Hazırda hadisə ilə bağlı xüsusi xidmət və hüquq-mühafizə orqanları əməliyyat-istintaq tədbirlərini davam etdirirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qırğızıstan   çevriliş  





Xəbər lenti