Fransızlara "niyə xoruzlanırsan?" deyilirmi - Ərdoğan

  Fransızlara  "niyə xoruzlanırsan?" deyilirmi -  Ərdoğan
  05 İyul 2024    Oxunub:1248
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin futbol üzrə milli yığma komandasının oyunçusu Mərih Dəmiralın "Avro-2024"ün 1/8 final mərhələsində Avstriya ilə matçda qol sevincini "boz qurd" işarəsi ilə bölüşməsinə görə cəza almasına reaksiya verib.
AzVision.az xəbər verir ki, o bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak üçün getdiyi Qazaxıstandan ölkəyə qayıdışı münasibətilə yerli mətbuata açıqlamasında bildirib.

"Kimsə alman futbolçuların formalarındakı qartal işarəsinə nəsə deyirmi? Fransızların formalarındakı xoruza görə "Niyə xoruzlanırsan?" deyirmi? Mərih də öz sevincini işarə ilə göstərdi. Ona cəza kəsənlərin nümayəndələri Xarici İşlər Nazirliyinə çağırılıb, lazımi tədbirlər görülür", - Ərdoğan bildirib.

O həmçinin sabah Türkiyə-Niderland oyununu izləmək üçün Almaniyaya gedəcəyini də diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   prezident   futbolçu   reaksiya  





Xəbər lenti