Orban və Mirziyoyev Şuşada əlaqələrin perspektivlərini müzakirə ediblər
Z. Kovaç yazıb: “Liderlər qeyd ediblər ki, Macarıstan-Özbəkistan əməkdaşlığı son illər əhəmiyyətli dərəcədə inkişaf edib və iki ölkə arasında çoxsaylı iqtisadi layihələrin başlandığı 2021-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.
O əlavə edib ki, görüş zamanı Orban və Mirziyoyev ikitərəfli münasibətləri daha da gücləndirmək üçün yeni əməkdaşlıq sahələri barədə razılığa gəliblər.
Özbəkistan Prezidentinin mətbuat xidməti, öz növbəsində, məlumat verib ki, iki ölkə liderləri danışıqlar zamanı bir sıra əsas istiqamətlər üzrə strateji tərəfdaşlıq və praktiki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
“Müzakirələrdə ticarətin və qarşılıqlı investisiyaların artmasının vacibliyi vurğulanıb, yeni mədəni və təhsil təşəbbüslərinin əhəmiyyəti qeyd edilib”, -deyə məlumatda qeyd olunur.
İki ölkə liderlərinin görüşü Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü çərçivəsində baş tutub.
AzVision.az
Teqlər: