Britaniyanın yeni Baş naziri jurnalistlər üçün ilk mətbuat konfransını keçirib

Britaniyanın yeni Baş naziri jurnalistlər üçün ilk mətbuat konfransını keçirib
  06 İyul 2024    Oxunub:1022
Britaniyanın yeni Baş naziri jurnalistlər üçün ilk mətbuat konfransını keçirib.
AzVision.az xəbər verir ki, o, yeni hökumətin artıq fəaliyyətə başladığını bildirib. K. Starmer iyulun 7-də Böyük Britaniyanın bütün dörd ölkəsini ziyarət etmək üçün səfərə çıxacağını diqqətə çatdırıb.

“Əvvəlcə Şotlandiyaya, sonra Şimali İrlandiyaya, daha sonra Uelsə gedəcəyəm, orada birinci nazirlərlə görüşəcəyəm”, - deyə o, qeyd edib.

Baş nazir deyib ki, o, Böyük Britaniyada fərqli iş üsulu qurmaq istəyir. Kir Starmer vəzifəyə gəldikdən sonra artıq bir sıra dünya liderləri ilə danışdığını və NATO Sammiti üçün növbəti həftə Vaşinqtona gedəcəyini qeyd edib.

Baş nazir çıxışında təhlükəsizlik və müdafiə məsələlərinin hökumətin bir nömrəli vəzifəsi olduğunu vurğulayıb.

O, əvvəlki hökumətin mübahisəli Ruandaya deportasiya planı haqqında da danışıb. Deyib ki, bu layihə reallaşdırılmağa başlamadan əvvəl “ölüb” və “basdırılıb”.

AzVision.az



Teqlər:





Xəbər lenti