Həmas İsraillə atəşkəsə razılıq verdi

Həmas İsraillə atəşkəsə razılıq verdi
  06 İyul 2024    Oxunub:1412
HƏMAS və Misir nümayəndələri ABŞ Prezidenti Co Baydenin təklif etdiyi Qəzza zolağında mərhələli atəşkəsə dair ilkin razılığını verib.
AzVision.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” agentliyi məlumat yayıb.

“Vaşinqton formuluna əsasən mərhələli razılaşma altı həftəlik tam atəşkəsdən ibarət olacaq. Bu da həbsdə olan qadınlar, qocalar və yaralılar da daxil olmaqla bir sıra girovların azad edilməsinə imkan verəcək. Bundan əlavə, birinci mərhələdə İsrail Silahlı Qüvvələri Qəzza zolağının sıx məskunlaşdığı ərazilərdən qoşunlarını çıxarmalı, eləcə də cənuba köçənlərin öz evlərinə qayıtmasına şərait yaratmalı olacaq”, - məlumatda qeyd edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti