ABŞ hərbçiləri Nigeri tərk etdi

   ABŞ hərbçiləri    Nigeri tərk    etdi
  08 İyul 2024    Oxunub:881
Vaşinqton Nigerin paytaxtı Niamey şəhəri yaxınlığında yerləşən bazadan ABŞ ordusunun çıxarılması prosesini başa çatdırıb.
AzVision.az xəbər verir ki, ABŞ-nin və Nigerin Müdafiə nazirlərinin birgə bəyanatına istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

“Niger və ABŞ hərbi qüvvələri arasında səmərəli əməkdaşlıq və ünsiyyət sayəsində bu əməliyyat vaxtından əvvəl və heç bir çətinlik olmadan başa çatdırılıb”, - bəyantada deyilir.

Birləşmiş Ştatlar 101-ci Aviasiya bazasından qoşun və texnikasını geri çəkib.Bundan əlavə, Pentaqon öz əsgərlərini sentyabrın ortalarına qədər Nigerin şimalındakı Aqades şəhərindən də çıxarmalıdır. Dərc olunan məlumatda 766 amerikalı hərbçinin artıq Nigeri tərk etdiyi bildirilir.

Qara şahmat taxtası – TƏHLİL
Qeyd edək ki, yalnız ABŞ-nin yox, hətta bundan da əvvəl fransalı hərbçilərin Nigerdən çıxarılması prosesi ötən ilin iyulunda burada baş vermiş hətrbi çevrilişdən sonra hakimiyyətə gələn Vətənin Müdafisəi üzrə Milli Şuranın tələbi çərçivəsində həyata keçirilməyə başlayıb.

Maraqlıdır ki, həm Nigerdə, həm də bəzi Şimali Afrika ölkələrində son bir ildə baş verən hakimiyyət dəyişiklikləri fonunda həmin ərazilərdən Qərbin, ilk növbədə isə Fransanın çıxarılması, Rusiyanın isə mövqelərinin möhkəmlənməsi prosesi gedir. Məhz bu reallıqdan çıxış edən bəzi ekspertlər həmin ölkələrdə baş verən hakimiyyət dəyişikliklərdə Moskvanın əli olduğunu vurğulayırlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Niger   ABŞ  





Xəbər lenti