Orban: "Putin atəşkəsdən imtina etdi, o uduza bilməz!"

   Orban:    "Putin atəşkəsdən imtina etdi, o uduza bilməz!"
  08 İyul 2024    Oxunub:1152
Rusiya lideri Vladimir Putin Ukrayna müharibəsi ilə bağlı atəşkəs təklifini rədd edib. O, uduza bilməz. Atəşkəsdən imtina isə Ukrayna Silahlı Qüvvələri üçün faydalı olacaq.
AzVision.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban BILD-ə müsahibəsində deyib. O, Rusiya prezidenti və Volodimir Zelenski arasında mümkün danışıqlara dair bir sıra maraqlı fikirlər səsləndirib.

"ABŞ seçkilərinə yaxın, qarşıdakı 2-3 ayda cəbhədə nə baş verəcək? Vəziyyət daha da pisləşəcək. Orada daha çox silah var. Qarşıdurmanın "enerjisi" və itkilərin sayı son yeddi aydakından daha pis olacaq. Hərçənd bu statistikalar əvvəllər də daha dəhşətli idi. Qarşıdakı aylarda baş verəcək hadisələr düşündüyümüzdən də pis olacaq. Hər iki tərəf bu məqsədlə işlər görürlər. Hətta ukraynalılar xeyli keyfiyyətli silah aldıqlarına görə daha da nikbinləşiblər. Beləliklə, əsas məsələ insan itkiləri, qurbanlar olacaq. Bu, ən mühüm mənəvi məsələdir. Amma bununla yanaşı, prosesdə Avropanın da maraqları var. Çünki baş verənlər bizim üçün çox acınacaqlıdır", - o qeyd edib.

Eyni zamanda qalmaqallı açıqlamaları ilə seçilən macar siyasətçi Rusiyanı Ukrayna müharibəsində günahkar sayıb. O, kifayət qədər ehtiyatla Moskvanın bu müharibəyə görə məsuliyyət daşıdığını qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti