Ermənistanın keçmiş maliyyə nazirinin Los-Ancelesdəki mülkü müsadirə olunacaq

Ermənistanın keçmiş maliyyə nazirinin Los-Ancelesdəki mülkü müsadirə olunacaq
  08 İyul 2024    Oxunub:1675
Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki mülkü müsadirə olunaraq satışa çıxarılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Baş Prokurorluq evin satışından əldə olunan pulun böyük hissəsinin Ermənistana qaytarılması məsələsi ilə bağlı ABŞ-nin səlahiyyətli orqanı ilə danışıqlar aparır.

Qeyd edək ki, ABŞ məhkəməsinin qərarı ilə həmin mülk cinayət yolu ilə əldə olunmuş əmlak hesab olunub.

Xatırladaq ki, Q.Xaçatryan və oğulları Ermənistanın Cinayət Məcəlləsini pozaraq rüşvət almaqda ittiham olunurlar. Q.Xaçatryan əhəmiyyətli vəzifələrinə görə "super nazir" kimi tanınır. O, 2008-2014-cü illərdə Dövlət Gəlirləri Komitəsinin sədri, 2014-cü ildən 2016-cı ilə qədər isə maliyyə naziri vəzifələrində çalışıb. Sabiq məmur S.Sarkisyanın (2008-2018-ci illər) komandasının əsas siyasi fiqurlarından olub.

AzVision.az



Teqlər:





Xəbər lenti