Bayden: "Əsirlərin sərbəst buraxılacağına söz verirəm"

      Bayden:    "Əsirlərin sərbəst buraxılacağına söz verirəm"
  09 İyul 2024    Oxunub:1101
"ABŞ və İsrailin yüksəkrütbəli rəsmi nümayəndələri HƏMAS tərəfindən əsir saxlanılan İsrail vətəndaşlarının azadlığa çıxarılması ilə bağlı işlər aparırlar".
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden əsirlikdən xilas olunmuş xanım Liat Beynin Atsili ilə görüşü zamanı söyləyib.

"Bu axşam onu ​​Ağ Evdə salamlamaq, ağlasığmaz hadisələrə baxmayaraq əsirliyə davam gətirməsini özündən eşitmək və HƏMAS-ın saxladığı qalan əsirlər buraxılmayanadək işimin bitməyəcəyinə söz vermək mənim üçün şərəf idi", - Baydenin "X" hesabında vurğulanıb.

Xatırladaq ki, İsrailli-ABŞ vətəndaşı Liat Beynin Atsili ötən ilin noyabrında əsir mübadiləsi üzrə razılaşma çərçivəsində azadlığa çıxmışdı.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İsrail   Qəzza   əsirlər  





Xəbər lenti