Rusiya kəşfiyyatı: “ABŞ Gürcüstanda dövlət çevrilişi hazırlayır”

   Rusiya kəşfiyyatı:    “ABŞ Gürcüstanda dövlət çevrilişi hazırlayır”
  09 İyul 2024    Oxunub:1379
Oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinin nəticələrinə görə ABŞ bu ölkədə hakimiyyət dəyişikliyinə cəhd göstərmək fikrindədir.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumata görə, Gürcüstanda hökumət əleyhinə əhval-ruhiyyənin qızışdırılmasında ölkə prezidenti Salome Zurabişvili əsas rol oynaya bilər. Hətta amerikalı kuratorların artıq Gürcüstanda müxalifətə parlament seçkiləri ilə bağlı etiraz aksiyaları planlaşdırmaq əmrini verdikləri də iddia olunur.

Bu arada Avropa İttifaqına üzv ölkələrin liderləri Gürcüstanın Birliyə qəbulu prosesini dayandırmağa razılaşıblar. Çünki rəsmi Tbilisinin niyyətləri Aİ liderləri üçün aydın deyil.

“Xarici təsirin şəffaflığı haqqında Akt açıq şəkildə doqquz addımla müqasyisədə geriyə atılan addımdır. Həmçinin, anti-Qərb və anti-Avropa ritorikası Avropa İttifaqına daxil olmaq barədə verilən bəyanata tamamilə uyğun gəlmir. Təəssüf ki, hazırda Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırılıb, eyni zamanda Birlik Gürcüstanın Müdafiə nazirliyi üçün ayrılan 30 milyon avronu dondurub. Bu, həqiqətən kədərli və ürəkparçalayan hadisədir”, - Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qreçinski jurnalistlərə açıqlamasında deyib.

Gürcü qanunundan kim narazıdır: xalq, yoxsa Qərb? | TƏHLİL
Qeyd edək ki, Gürcüstanın bir müddət əvvəl qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” Qanun kollektiv Qərbdə çox sərt rezonans doğurub. Bu qanunu qəbul edən Gürscüstan hökumətini Rusiyanın maraqlarına xidmət göstərməkdə günahlandıran Qərb rəsmi Tbilisini cəzalnadıracağı barədə dəfələrlə xəbərdarlıq səsləndirib.

Maraqlıdır ki, Pavel Qerçinski oktyabrda keçiriləcək seçkilərdən sonra kimin formalaşdırmasından aıslı olmayaraq yeni qurulacaq hökumətin yenidən Aİ-yə daxil olmaq üçün ciddi işə başlayacağına ümid bəslədiyini söyləyib.


Bu isə kollektiv Qərbin həmin parlament seçkilərində ən yaxşı halda müxalifətin qələbəsini təmin etməyə, ən pis halda isə ölkə daxilində qarşıdurma yaratmaqla Gürcüstan hökumətinə sərt təzyiq göstərməyə ciddi şəkildə hazırlaşdığından xəbər verir. Belədə, Rusiyanın Xarici Kşəfiyyat Xidmətinin xəbərdarlığının heç də əsassız olmadığı təsəvvürü yaranır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Gürcüstan   Qərb  





Xəbər lenti