İsraildə Qərbi Nil virusuna yoluxanların sayı artır

   İsraildə Qərbi Nil virusuna yoluxanların sayı artır
  09 İyul 2024    Oxunub:1102
İsraildə ümumilikdə 299 xəstəyə Qərbi Nil qızdırması diaqnozu qoyulub.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Sözügedən xəstəlik nəticəsində ölənlərin sayı isə 15-ə çatıb.

Həkimlər bildirirlər ki, virus əsasən İsrailin mərkəzi şəhərlərində yayılmaqdadır.
İsraildə Qərbi Nil virusu yayılır

Qərbi Nil virusu insana əsasən ağcaqanadlar vasitəsilə yoluxur. Əksər hallarda hər hansı əlaməti üzə çıxmasa da, xəstəlik dövründə qızdırma, baş ağrısı, qusma, ishal və əzələ ağrıları mümkündür.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   virus   xəstəlik  





Xəbər lenti