İranda hərbi gəmi batıb - FOTO

   İranda hərbi gəmi batıb -    FOTO
  09 İyul 2024    Oxunub:1318
İran Hərbi Dəniz Qüvvələrinə məxsus "Səhənd" adlı freqat Bəndər-Abbas limanının cənubunda batıb.
AzVision.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı "Nournews" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, gəmi təmir-bərpa işləri zamanı yana əyildiyi üçün ötən gün yenidən balanslaşdırılıb. Hadisə məhz bu proses ərzində gəmini saxlayan kəndirin qopması nəticəsində baş verib və freqat bu gün tamamilə suya qərq olub.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   gəmi   hadisə  





Xəbər lenti