Fələstin tərəfdarları holokost qurbanının heykəlinə boya atıblar - FOTOLAR

   Fələstin tərəfdarları holokost qurbanının heykəlinə boya atıblar -    FOTOLAR
  10 İyul 2024    Oxunub:931
II Dünya müharibəsi dövründə nasist Almaniyasının holokost siyasətinə qurban getmiş yeniyetmə qız Anna Frankın vaxtı ikən yaşadığı Amsterdam şəhərinin Mervedepleyn meydanındakı heykəli Fələstin tərəfdarları tərəfindən vandalizmə məruz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə Niderlandda fəaliyyət göstərən İsrail Məlumat və Sənədləşdirmə Mərkəzi "X"də bildirib.

Fotolardan görünür ki, heykəlin üzərinə qırmızı boya atılıb və "Gaza" ("Qəzza") yazılıb.

Faktın polis tərəfindən araşdırıldığı bildirilir.

1945-ci ilin martında Almaniyadakı Bergen-Belzen həbs düşərgəsində həyatını itirmiş 15 yaşlı Anna Frank II Dünya müharibəsi dövründə yəhudilərin məruz qaldığı soyqırımının simvollarından biridir. Onun 1947-ci ildə işıq üzü görmüş "Gənc qızın gündəliyi" adlı xatiratı holokost haqqında vacib mənbələrdən sayılır.


Firudin Həmidli
AzVision.az


Teqlər: Niderland   heykəl   vandalizm   holokost   Fələstin  





Xəbər lenti