Yapon müdrikliyi – Məsləhətlər

Yapon müdrikliyi – Məsləhətlər
  08 İyul 2014    Oxunub:9216
Yapon mədniyyətinin qeyri-adiliyi haqqında saatlarla danışmaq olar. Bu gün ən müasir və texnoloji ölkə olan Yaponiyada hələ də köklərə və adət-ənənələrə bağlılıq qalır.
AzVision.az AdMe.ru-nun topladığı Yapon xalq deyimlərini təqdim edir:

Əgər probelmi həll etmək mümkündürsə, onda narahat olmağa dəyməz. Əgər onu həll etmək mümkün deyilsə, onda narahat olmaq əbəsdir.

Düşün sonra qərar ver, qərar verib düşünmə.

Ərlə arvad əl və gözlər kimi olmalıdır. Əllər ağrıyanda gözlər ağlamalı, gözlər ağlayanda isə əllər göz yaşını silməlidir.



Gedəni saxlama, gələni qovma.

Sürətli – yavaş, amma fasiləsiz davam etməkdir.

Pis insanla dost olmaqdansa, yaxşı insanla düşmən olmaq yaxşıdır.

Adi insanlar olmadan dahilər olmur.

Günəş həqiqəti bilmir. Günəş yalanı bilmir. Onun məqsədi kimisə isitmək deyil. Ona görə də özünü tapan insan günəşə bənzəyir.

Uzaq səyahət də yaxından başlayır.

İçən adam şərabın zərərini, içməyən isə faydasını bilməz.

Qılınc ömür boyu hətta bir dəfə lazım olsa belə, onu daimə üzərinizdə gəzdirin.



Dərin çaylar səssiz axır.

Gözəl çiçəklər yaxşı meyvələr gətirmir.

Kədər cırılmış platar kimidir, onu evdə qoymaq lazımdır.

Əgər sevgi varsa vəba yaraları yanaqdakı batıqlar kimi gözəl görünür.

Yataqda uzanan büdrəyə bilməz.

Bir xoş söz 3 qış ayını isidə bilər.

Həmişə axmaq və dəlilərə birinci yol verin .

Budaq rəsmi çəkəndə küləyin səsini eşitmək lazımdır.

Şübhələnmədən əvvəl həmin insanı 7 dəfə sınayın.

Mümkün olan hər şeyi et, qalanını isə taleyin öhdəsinə burax.

Zirvəyə çatmağı arzu edən pilləkəni icad edər.



Həddindən artıq dürüstlük axmaqlıqla sərhəddir.

Soruşmaq bir dəqiqəlik utancdır, amma bilməmək bütün ömür boyu.

Qüsursuz güldan heç vaxt pis ustanın əlindən çıxa bilməz

Öz istəyinlə səyahətə çıxsan minlərlə kilometr bir addım kimi görünər.


Fatimə Kərimli



Teqlər:  





Xəbər lenti