Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb

Azərbaycan Basketbol Federasiyasında (ABF) yeni təyinat reallaşıb
  10 İyul 2024    Oxunub:1311
AzVision.az xəbər verir ki, türkiyəli mütəxəssis Turqay Zeytingöz federasiyanın idman direktoru vəzifəsinə təyin olunub.

Qurumun rəyasət heyətinin qəbul etdiyi qərara əsasəsən onunla iki illik müqavilə imzalanıb.

Müqaviləyə əsasən Turqay Zeytingöz, aşağı yaş qruplarında olan uşaq basketbolçuların və yerli gənc məşqçilərin inkişafı, Azərbaycan basketbolunda əsaslı infrastukturun qurulması və möhkəmləndirilməsi, müxtəlif yaş qrupları üzrə milli komandalara nəzarət və Azərbaycan Basketbol Liqasında (ABL) keyfiyyətin artırılmasına dair işlərə cavabdeh şəxs olacaq.

T.Zeytingöz sonuncu dəfə Türkiyənin "Qalatasaray" basketbol klubunun kişilərdən ibarət komandasında idman direktoru vəzifəsini icra edib.

O, daha əvvəl Türkiyənin gənclərdən ibarət milli komandalarında idman direktoru vəzifəsində çalışıb. Bu dönəmdə bir dəfə Avropa çempionatının qızıl, iki dəfə isə bürünc medalını qazanıb.

AzVision.az






Teqlər:





Xəbər lenti