Vəkillər Kollegiyasının üzvlüyünə qəbul qaydalarına dəyişiklik edildi

Vəkillər Kollegiyasının üzvlüyünə qəbul qaydalarına dəyişiklik edildi
  11 İyul 2024    Oxunub:747
Vəkillər Kollegiyasının (VK) üzvlüyünə qəbulla bağlı elektron sistemin təqdimatı olub.
AzVision.az -ın məlumatına görə, iyulun 10-da VK Rəyasət Heyətinin keçirilən iclasında “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi məsələsinə baxılıb və müsbət qərar çıxarılıb.

Nəzərə çatdırılıb ki, yaxın günlərdə elan olunacaq sənəd qəbulunda iştirak arzusunda olan, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab verən şəxslər test mərhələsində iştirak üçün Kollegiyanın rəsmi veb-saytı (https://barassociation.az/candidate-login) vasitəsi ilə elektron internet səhifəsindən “Vəkilliyə qəbul” bölməsinə daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

AzVision.az



Teqlər:





Xəbər lenti