Məşhur aktyor maşınında ölü tapıldı

   Məşhur aktyor maşınında ölü tapıldı
  11 İyul 2024    Oxunub:947
"Alf" komediya serialında Tanner cütlüyünün oğlunu canlandıran aktyor Benjamin Qreqori Herzberq ABŞ-də vəfat edib. 46 yaşlı sənətçi iti ilə birlikdə avtomobilində ölü tapılıb.
Aktyorun bacısı Rebekka bildirib ki, qardaşı depressiya, yuxusuzluq və bipolyar pozğunluqdan əziyyət çəkirmiş. Vəfat etdiyi gün o, bəzi maliyyə məsələlərini həll etmək üçün banka getməli imiş.

Günlərdir yatmayan aktyor elə sükan arxasında yuxuya gedib. Həmin vaxt hava isti, maşının şüşələri isə bağlı olduğu üçün yuxuda onun ürəyi dayanıb. Aktyorun iti də eyi aqibəti yaşayıb.

Ancaq məhkəmə sübutları bu nəzəriyyəni hələ təsdiqləməyib. Aktyorun ölümünün əsl səbəbi fəal şəkildə araşdırılır.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti