NATO deyil, Ukrayna özü özünü müdafiə etməlidir - ABŞ

   NATO deyil, Ukrayna özü özünü müdafiə etməlidir    -    ABŞ
  11 İyul 2024    Oxunub:1007
NATO-nun deyil, Ukraynanın özünü hava hücumundan müdafiə sistemi ilə təmin etməsinin tərəfdarıyıq.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

“Bizim mövqeyimiz hava hücumundan müdafiə vasitələrini Ukrayna ərazisinə çatdırmaqdır ki, Ukrayna öz səmasını müdafiə etmək üçün onlardan ən səmərəli istifadə edə bilsin”, - deyə Sallivan Varşavanın Kiyevin Ukrayna ərazisi üzərində Rusiya raketlərini vurmaq tələbini yerinə yetirməkdən imtina etməsini şərh edərkən bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti