Gürcüstanın müdafiə naziri Ermənistana rəsmi səfərə gedib

Gürcüstanın müdafiə naziri Ermənistana rəsmi səfərə gedib
  12 İyul 2024    Oxunub:1067
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Ermənistana rəsmi səfərə gedib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, səfər çərçivəsində Çikovaninin Ermənistanın müdafiə naziri Suren Papikyan və baş nazir Nikol Paşinyanla ikitərəfli görüşləri nəzərdə tutulub. Tərəflər əməkdaşlıq planı imzalayacaq və cari il üçün görüləcək işləri müəyyən edəcəklər.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladzenin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda rəsmi səfərdə oluarkən də müdafiə sahəsində əməkdaşlıq planı imzalanmışdı.
Tural Tağıyev
AzVision.az



Teqlər: Gürcüstan  





Xəbər lenti