"Şəhid və qazi ailələri layihələrimizə cəlb olunur"

 "Şəhid və qazi ailələri layihələrimizə cəlb olunur"
  12 İyul 2024    Oxunub:1593
“Şəhid, qazi ailələri Təhsilin İnkişafı Fondunun diqqətindədir. 2023-2024-cü illərdə 5 regionda həmin qrupdan olan vətəndaşlarla görüşlər keçirilib”.
AzVision.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun üç illik hesabat tədbirində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Sumqayıtda, Şamaxıda, Lənkəranda və digər yerlərdə peşə təhsili sahəsində təhsil almaq istəyən 35 şəhid xanımının qeydiyyatına və digər məsələlərə dəstək verilib. Layihələrimizdən biri olan “Parla” layihəsindnə 5 şəhid xanımı iştirak edir. Onlar 200 manat müavinət alır və təcrübə proqramında iştirak edirlər”, - qurum rəsmisi deyib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti