ABŞ-Britaniya qüvvələri Yəməni bombalayıb

   ABŞ-Britaniya qüvvələri Yəməni bombalayıb
  12 İyul 2024    Oxunub:1147
ABŞ və Britaniyaya məxsus hərbi təyyarələr Yəməndə "Husi terror təşkilatının idarəsindəki Hüdeydə Beynəlxalq Hava Limanına gün ərzində üç dəfə zərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə təşkilata bağlı "Al Masirah" telekanalı məlumat yayıb.
Husilər daha bir gəmini hədəfə alıblar

Dağıntı və itki barədə təfərrüat açıqlanmayıb.

Xatırladaq ki, husilər İsrail-HƏMAS müharibəsi fonunda fələstinlilərə dəstək naminə ötən noyabrdan bəri Qırmızı dəniz, Bab əl-Məndəb boğazı və Ədən körfəzində İsraillə əlaqəli gəmiləri hədəfə alırlar. ABŞ, Britaniya, habelə Almaniya hücumlara müqavimət məqsədilə cari ilin yanvarında əməliyyat başladıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Qırmızı-dəniz   Yəmən   husilər   hücum  





Xəbər lenti