Görüşü yüksək qiymətləndirdiyini vurğulayan sədr İran Vəkillər Kollegiyası ilə əməkdaşlığın mövcud olduğunu, Azərbaycandakı İran vətəndaşlarına keyfiyyətli hüquqi yardımın göstərildiyini qeyd edib, eyni zamanda İrandakı Azərbaycan vətəndaşlarına da keyfiyyətli hüquqi yardımın göstərildiyinə inandığını ifadə edib.
İİR-nin Azərbaycandakı səfirinin vəzifələrini icra edən - müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi çıxışında ilk görüşdən məmnun olduqlarını və Kollegiyanın bu sahədə atdığı addımları yüksək qiymətləndirdiklərini söyləyib. O, hər iki dövlətin Vəkillər kollegiyaları arasında gələcək münasibətlərin daha da genişlənməsinin, habelə İran və Azərbaycan vəkilləri arasında sıx fərdi əlaqələrin yaranmasının vacibliyini dilə gətirib.
Görüş çərçivəsində hər iki ölkə arasında qarşılıqlı və keyfiyyətli hüquqi yardımların təşkil edilməsinin ilkin müzakirələri aparılıb və gələcək əməkdaşlıq barədə təkliflər səsləndirilib.
Sonda qonaqlara ARVK-nın dəstəyi ilə nəşr edilmiş “Nizami Gəncəvi: nəsihətləri, kəlamları, hikmət və aforizmləri” adlı kitab və Kollegiyanın rəsmi emblemi hədiyyə edilib.
AzVision.az