Britaniya kəşfiyyatı - Rusiyanın Ukraynadakı itkiləri son iki ayda rekord həddə çatıb

   Britaniya kəşfiyyatı    -    Rusiyanın Ukraynadakı itkiləri son iki ayda rekord həddə çatıb
  12 İyul 2024    Oxunub:1387
Rusiyanın Ukraynadakı qoşunlarının may və iyun aylarında orta gündəlik itkiləri müvafiq olaraq 1262 və 1163 əsgərə yüksəlib. Bu, Rusiyanın Ukraynaya qarşı apardığı bütün müharibə zamanı rekord göstəricilərdir.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin cümə günü, iyulun 12-də verdiyi bəyanatda deyilir.

Təhlilçilər vurğulayırlar ki, son iki ayda rusiyalılar Ukraynada təxminən 70 min hərbçi itirib. Göstəricilərin artması Rusiyanın Xarkov vilayətində yeni hücumu və cəbhənin digər sektorlarına aktiv hücumları ilə əlaqələndirilir.

Britaniya kəşfiyyatı yaxın iki ay ərzində Rusiya Federasiyasının orta gündəlik itkilərinin də 1000 nəfəri keçəcəyini proqnozlaşdırır, çünki Rusiya hücum əməliyyatlarını davam etdirir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, iyulun 12-nə olan məlumata görə, rusiyalılar Ukraynada təxminən 556.650, son 24 saat ərzində isə 1030-a yaxın itki verib.

Aprelin 27-də Böyük Britaniyanın Silahlı Qüvvələr naziri Leo Doxerti bildirib ki, Britaniyanın hesablamalarına görə, Rusiya hərbçiləri Ukraynaya genişmiqyaslı işğalın başlanmasından bu yana müharibədə təxminən 450 min nəfər həlak olub və yaralanıb.

Mayın 3-də Fransanın xarici işlər naziri Stefan Sejurne qeyd edib ki, ölkəsinin hesablamalarına görə, Rusiya Federasiyası Ukraynaya qarşı müharibədə artıq 500 min əsgərini itirib.

Elnur Məmmədov

AzVision.az




Teqlər:





Xəbər lenti