“Tatneft” Bibiheybət yatağının işlənməsi layihəsində iştirak edəcək
“Tatneft” Azərbaycanda ən qədim yataqlardan biri olan Bibiheybətin işlənməsi layihəsinə daxil olacaq və burada SOCAR ilə birlikdə texnologiyaların tətbiqi üzərində iş aparacaq.
“SOCAR ilə bizim çox sıx əməkdaşlığımız var. Biz indi Bibiheybət yatağında işləri aparmağa hazırlaşırıq, burada SOCAR-dan olan həmkarlarımızla birlikdə mövcud texnologiyaların tətbiqi ilə məşğul olacağıq”,-deyən “Tatneft” rəhbəri Bibiheybətin Azərbaycanın ən qədim yataqlarından biri olduğunu qeyd edib.
N. Maqanov əlavə edib ki, “Tatneft” Türkiyədə də SOCAR ilə birgə işləyir və neft-kimyanın inkişafı və neft emalı zavodlarının yenidən qurulması sahəsində fəal iş aparır. “Biz həmkarlarımızla bu sahələr üzrə birgə işləməkdən məmnunluq duyuruq”, - deyə N.Maqanov qeyd edib.
AzVision.az
Teqlər: