Pezeşkiyan: "İran Avropa ilə əlaqələr yaradacaq"

      Pezeşkiyan:    "İran Avropa ilə əlaqələr yaradacaq"
  13 İyul 2024    Oxunub:3333
"ABŞ İranın təzyiqlərə cavab verməyəcəyini başa düşməli, Tehranın Çin və Rusiya ilə güclü əlaqələrinə hörmətlə yanaşmalıdır".
AzVision.az xəbər verir ki, bu ifadələr İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkiyanın "Tehran Times" nəşrində yayımlanan "Yeni dünyaya mesajım" adlı bəyanatında diqqətə çatdırılır.
Böyük ümidlər: Həkim İranı "sağalda" bilərmi?

O vurğulayır ki, "İran müdafiə doktrinasına nüvə silahı daxil deyil".

"İslam Respublikası qonşuları ilə əlaqələri genişləndirəcək, eləcə də Avropa ilə təmaslar quracaq. ABŞ bu reallığı, o cümlədən Çin və Rusiyanın çətin dövrlərdə bizə daima dəstəyini başa düşməlidir. Biz bu dostluğu yüksək qiymətləndiririk", - Pezeşkiyan vurğulayıb.

Yeni hökumət başçısı İran-Rusiya münasibətlərinin inkişaf perspektivinə xüsusilə toxunub:

"Rusiya İranın əhəmiyyətli strateji müttəfiqidir. Hökumətim bu əməkdaşlığı böyüdüb genişləndirməyə sadiq qalacaq. Eyni zamanda, Ukraynadakı münaqişəyə son qoymaqla bağlı təşəbbüsləri fəal şəkildə dəstəkləyəcəyik".

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   prezident   bəyanat  





Xəbər lenti