Daha bir HƏMAS komandiri öldürülüb - FOTO/VİDEO

   Daha bir HƏMAS komandiri öldürülüb -    FOTO/VİDEO
  13 İyul 2024    Oxunub:1306
İsrail Hərbi Hava Qüvvələrinin aviazərbələri nəticəsində Qəzza zolağının Xan-Yunis şəhərində HƏMAS-ın briqada komandiri Rəfai Səlamə ölüb. Terror təşkilatının "İzzəddin Əl-Qəssam" adlı hərbi qanadının rəhbəri Məhəmməd Zeyf isə ağır xəsarət alıb.
AzVision.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Al-Hadath" telekanalı məlumat yayıb.

Bildirilir ki, Məhəmməd Zeyf ötən ilin 7 oktyabrında İsrailə hücumun təşkilatçılarından biridir.

(Məhəmməd Zeyf)

Qəzza Səhiyyə Nazirliyinin təsdiqlənməmiş məlumatına əsasən, sözügedən hücum zamanı 71 fələstinli həyatını itirib, 289 nəfər isə yaralanıb.


Firudin Həmidli
AzVision.az

Qalereya




Teqlər: HƏMAS   komandir   İsrail   hücum  





Xəbər lenti