Ermənistan hökuməti məhkəməyə verildi

Ermənistan hökuməti məhkəməyə verildi
  13 İyul 2024    Oxunub:1499
Ermənistanın ekologiya nazirinin keçmiş müavini Qayane Qabrielyan hökuməti məhkəməyə verib.
AzVision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumat “Datalex” Məhkəmə İnformasiya Sisteminin saytında yerləşdirilib.

Bildirilir ki, o, işinə bərpa olunmağı və məcburi fasiləyə görə kompensasiya tələb edir.

2024-cü il martın 21-də Ermənistanın Baş naziri Nikol Paşinyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılan Qabrielyan bunun qanunsuz olduğunda israrlıdır.

Xatırladaq ki, iyulun 4-də hakim Mher Petrosyana sədrliyi ilə iş üzrə ilkin baxış iclası keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti