Paşinyan Trampa qarşı sui-qəsdi pislədi

   Paşinyan Trampa qarşı sui-qəsdi pislədi
  14 İyul 2024    Oxunub:1359
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdini pisləyib və zorakılıq aktlarını demokratik cəmiyyətdə qəbuledilməz adlandırıb.
Baş nazir bu barədə X-də yazıb.

“ABŞ-ın 45-ci prezidenti və prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsdi qətiyyətlə pisləyirik. Bu cür zorakılıq aktları demokratik cəmiyyətdə qəbuledilməzdir, çünki onlar bizim dərin dəyər verdiyimiz demokratiyanın və qanunun aliliyinin əsas prinsiplərini pozur.

Donald Trampa tezliklə sağalmağı arzulayıram”, - Paşinyan yazıb.

Xatırladaq ki, ötən gün ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi, ölkənin keçmiş lideri Donald Trampa sui-qəsd olub. Ona sui-qəsd Penslivaniya ştatının Batler şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı törədilib. Bundan sonra qulağından yaralanan eks-prezident çıxışını dayandıraraq səhnəni tərk edib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti