Trampın qan içində fotosu "Time" jurnalının üz qabığında

 Trampın qan içində fotosu    "Time" jurnalının üz qabığında
  15 İyul 2024    Oxunub:1451
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd, ölkənin keçmiş lideri Donald Trampa qarşı törədilən sui-qəsd dünya mediasının gündəmindən düşmür.
AzVision.az xəbər verir ki, məşhur “Time” jurnalı Pensilvaniyada tərəfdarları ilə görüşü zamanı keçmiş prezidentə qarşı sui-qəsd cəhdinə xüsusi yer ayırıb. Nəşr avqust sayının üz qabığında Trampın fotosunu yerləşdirib.

"Nikolun qulağı üçün gülləkeçirməz 'jilet' gətiriblər" - Ermənistan saytı
“Time”ın "X" hesabında yazılıb ki, Tramp millət uçurumun kənarında olan bir zamanda atışmadan sağ çıxa bildi. Buraxılış avqustun 5-də satışa çıxarılacaq.

Xatırladaq ki, Donald Trampa sui-qəsd cəhdi iyulun 13-ü axşam saatlarında baş verib. Siyasətçiyə bir neçə dəfə atəş açılsa da, güllə yalnız onun qulağına dəyərək qanadıb. Təhlükəsizlik qüvvələrəinin əməkdaşları tərəfindən dərhal səhnədən düşürülən Tram xəstəxanaya yerləşdirilib. Qatil isə yerindəcə məhv edilib. Onun şəxsiyyəti müəyyənləşdirilib və Federal Təhlükəsizlik Bürosunun məlumatına görə, o, 20 yaşlı pensilvaniyalı Tomas Metyu Kruksdur. "New York Post" yazıb ki, gənc oğlan Trampın çıxış etdiyi səhnədən təxminən 120 metr məsafədə yerləşən fabrikin damından atəş açıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Tramp  





Xəbər lenti