Keyt Midltonun son görüntüləri - Fotolar

   Keyt Midltonun son görüntüləri -    Fotolar
  15 İyul 2024    Oxunub:1430
Britaniya şahzadəsinin həyat yoldaşı Keyt Midlton qızı Şarlotta ilə birlikdə Uimbldon tennis turnirinin final matçını izləyib. O, mart ayında xərçəng xəstəliyindən müalicə alması ilə bağlı xəbərlər yayıldıqdan sonra ikinci dəfə ictimaiyyət arasına çıxıb.
K. Midlton bundan əvvəl, iyunun 15-də şahzadə Kral III Çarlzın rəsmi doğum günü münasibətilə keçirilən rəsmi mərasimdə görünüb.

“İndependent” yazır ki, Midlton Britaniya tennisçilərini, o cümlədən Böyük Dəbilqə yarışlarının tək çempionu olan Emma Radukananı salamlayıb. Onun hədsiz arıqlaması gözdən yayınmayıb.

Qeyd edək ki, Kensinqton sarayı yanvarın 17-də Midltonun qarın nahiyəsindən əməliyyat olunduğunu bildirib. Cərrahi müdaxilənin səbəbləri göstərilməyib.

Daha sonra, martın 22-də Midlton əməliyyat nəticəsində ona xərçəng diaqnozu qoyulduğunu və kimyaterapiya qəbul etdiyini deyib.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti