Gürcüstanda qalmaqallı qanun nə zaman qüvvəyə minəcək ?

   Gürcüstanda qalmaqallı qanun nə zaman qüvvəyə minəcək ?
  15 İyul 2024    Oxunub:945
Gürcüstan parlamentinin 2024-cü ilin mayında qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” (xarici agentlər haqqında) qanun bir neçə həftədən sonra qüvvəyə minəcək.
Bu barədə brifinqdə parlamentin təhsil, elm və gənclərlə iş komitəsinin rəhbəri Qivi Mikanadze məlumat verib.

“Nəzərinizə çatdırım ki, xarici agentlər haqqında qanun hələ qüvvəyə minməyib. Təxminən bir neçə həftədən sonra bu qanun qüvvəyə minəcək və proseslərin necə inkişaf etdiyini görəcəyik”, - deyə, o qeyd edib.

Bu qanun vasitəsilə xaricdən qrant alan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarət edilir. Qanun layihəsində illik gəliri 20 faizi xaricdən gələn qeyri-hökumət təşkilatlarının və KİV-lərin qeydiyyata alınması, illik bəyannamənin doldurulması tələb olunur. Layihəyə əsasən, onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur.

Beynəlxalq ictimaiyyət isə bunu “insan hüquqlarını məhdudlaşdırdığı” üçün tənqid edirlər. Halbu ki, “xarici agent” haqqında qanun 1938-ci ildə ABŞ-də qəbul edilib. “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) adlanan qanuna əsasən, ştatlarda xarici güclərin maraqlarını - “siyasi və ya kvazi-siyasi” səviyyədə təmsil edən belə şəxslər xarici hökumətlə əlaqəli fəaliyyətləri, münasibəti və maliyyə barədə məlumatları açıqlamalıdırlar.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti