Günəşin fəallığı artıb

   Günəşin fəallığı artıb
  15 İyul 2024    Oxunub:1448
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan bildirilib ki, Günəşin fəallığı artıb. Günəşin səthində ləkələrin sayı artaraq 217 ləkə, həmçinin şimal yarımkürəsində tac dəliyi müşahidə olunur. Hazırda Günəş küləyinin sürəti normaldır. Geomaqnit sahəsi sakit və qeyri-stabil səviyyələrdə olub. Geomaqnit qasırğası baş verməyib. Hazırda kosmik hava sakitdir.

Proqnoza görə, iyulun 21-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faiz təşkil edir. İyulun 15-17-də Günəş küləyinin mənfi qütblü nominal qiymətlərdə olacağı, sonra isə tac dəliyinin təsiri ilə sürətinin artacağı gözlənilir.

İyulun 19-dək geomaqnit sahəsi sakit, sonra isə tac dəliyinin təsiri ilə qeyri-stabil və aktiv səviyyələrdə olması proqnozlaşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti