"Türkiyəni zəif görmək istəyənlər arzularına çatmadılar"

  "Türkiyəni zəif görmək istəyənlər arzularına çatmadılar"
  15 İyul 2024    Oxunub:1334
"2016-cı il 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd edildi. Təəssüflər olsun ki, hadisə nəticəsində Türkiyə çoxlu sayda şəhidlər verdi. Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Hadisələr zamanı yaralanan və zərərçəkənlərə şəfa diləyirik. Türkiyə çox böyük bir sınağın öhdəsindən layiqincə gələ bildi".
Bu sözləri AzVision.az -a Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvü, VI çağırış parlamentinin deputatı olmuş Naqif Həmzəyev deyib.

Türkiyədə dövlət çevrilişinə cəhddən 8 il ötür
Onun sözlərinə görə, Türkiyə dövlətini zəif görmək istəyən qüvvələr arzularına çatmadılar:

"Türk xalqı dövlətin yanında oldu və sonuna qədər mübarizə apararaq hadisələrin baş tutmasının qarşısını aldı. Bu gün də Türkiyə xalqı dövlətinin yanındadır. Hadisələrin baş verdiyi andan etibarən Azərbaycan Türkiyə dövlətinə siyasi, mənəvi və birlik dəstəyini nümayiş etdirdi. Onun sevincini də, kədərini də paylaşırıq və sonuna qədər də yanında olacağıq.

15 iyul Demokratiya və Milli Birlik günü münasibətilə biz türk xalqını təbrik edirik. İnanırıq ki, bir daha Türkiyə dövlətini sarsıtmaq istəyən qüvvələr belə nankor addımlar atmağa cəhd etməyəcəklər. Biz də bu cür hadisələrdən doğru, düzgün nəticələr çıxardırıq. Birliyimizi, bərabərliyimizi, dövlətçiliyimizi sarsıtmaq istəyən qüvvələrə qarşı həmişə bir olmalı və sonuna qədər mübarizə aparmalıyıq".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Türkiyə   15İyul   DemokratiyavəMilliBirlikgünü  





Xəbər lenti