Estoniyanın Baş naziri istefa verib

   Estoniyanın Baş naziri istefa verib
  15 İyul 2024    Oxunub:949
Estoniyanın hökumət başçısı Kaya Kallas Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəliyi vəzifəsinə keçid münasibətilə baş nazir postundan istefa verib.
AzVision.az xəbər verir ki, o, Prezident sarayında qısa görüş zamanı öz istefa müraciətini ölkə başçısı Alar Karisin diqqətinə çatdırıb.
Aİ liderlərinin təyinatları təsdiqlənib

Xatıraladaq ki, Estoniyanın ilk qadın baş naziri Kaya Kallas (2021-2024) iyunda Avropa Parlamentinə seçkilərdə sözügedən vəzifəyə təyinat alıb. Beləliklə, o, Josep Borreli əvəzləyəcək. Xanım Kallasın vəzifə səlahiyyəti cari ilin 1 dekabrında başlayacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Estoniya   Baş-nazir   istefa    





Xəbər lenti