Mirzoyan ABŞ-yə gedib

Mirzoyan ABŞ-yə gedib
  15 İyul 2024    Oxunub:949
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyulun 15-16-da ABŞ-də işgüzar səfərdə olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mirzoyan Gürcüstana səfər edəcək
Mirzoyan BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunun nazirlər seqmentində iştirak edəcək.

Səfər çərçivəsində ikitərəfli görüşlər və əlaqədar tədbirlər də nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dövlət katibi Antoni Blinkenin iştirakı ilə Vaşinqtonda görüş keçirilib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Mirzoyan   Ermənistan  





Xəbər lenti