İrəvanda 18-23 yaşlı gənclər arasında atışma olub

İrəvanda 18-23 yaşlı gənclər arasında atışma olub
  15 İyul 2024    Oxunub:1211
Ermənistanda atışma olub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, polis Pobeda körpüsündə avtomobildən atəş açan bir qrup gənci saxlayıb. Onların arasında qadınlar da olub.

“Ermənistan Daxili İşlər Nazirliyinin İrəvan şəhəri üzrə patrul xidmətinin əməkdaşları iyulun 14-də gecə 2 radələrində Argişti küçəsində 20 və 23 yaşlı gəncləri saxlayıb. Onların arasında 18 və 19 yaşlı qızlar da olub.Gənclər Pobeda körpüsündə Opel markalı avtomobildən atəş açıblar”, - deyə məlumatda bildirilir. Avtomobildən silah sursat tapılıb.
Bəzi saytlar gənclərin havaya deyil bir-birinə atəş açdığını yazıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti