Əli Əsədov Roland Praysla görüşdü

Əli Əsədov Roland Praysla görüşdü
  15 İyul 2024    Oxunub:1306
Azərbaycanın Baş naziri Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşüb.
AzVision.az "Axar.az"-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli səmərəli tərəfdaşlıq çərçivəsində həyata keçirilən və müxtəlif sahələri əhatə edən birgə layihələrin uğurlu nəticələri təqdir edilib.

Hazırda icra olunan layihələrin gedişi, həmçinin Dünya Bankının fəaliyyət istiqamətlərinə və Azərbaycanın inkişaf prioritetlərinə uyğun olaraq bankın 2025-2029-cu illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Eyni zamanda Azərbaycan ilə Dünya Bankı arasında bir sıra sahələrdə, o cümlədən COP29 çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti