Ermənistanla ABŞ birgə hərbi təlimlər keçirir

Ermənistanla ABŞ birgə hərbi təlimlər keçirir
  15 İyul 2024    Oxunub:797
Ermənistanda "Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimləri başlayıb.
AzVision.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ səfiri Kristina Kuin və başqaları iştirak ediblər.

"Sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlığı yüksək qiymətləndirirəm”, - S.Papikyan qeyd edib.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər.

AzVision.az




Teqlər:





Xəbər lenti