Tramp rəsmən ABŞ prezidentliyinə namizəd oldu

Tramp rəsmən ABŞ prezidentliyinə namizəd oldu
  16 İyul 2024    Oxunub:983
ABŞ-də Respublikaçılar Partiyası keçmiş prezident Donald Trampın prezidentliyə namizədliyini rəsmi olaraq təsdiq edib.
AzVision.az “Associated Press”ə istinadən xəbər verir ki, Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində rəsmi namizəd olmaq üçün kifayət qədər səs toplayıb.

Trampın təhlükəsizlik tədbirləri artırılır
O deyib ki, prezident seçkilərində qalib gəlsə, Ohayo ştatından senator Ceyms Devid Vens onun vitse-prezidenti olacaq.

ABŞ prezidenti Co Bayden və Tramp faktiki olaraq Demokratlar və Respublikaçılar partiyalarında partiyadaxili seçkilərdə qalib gəliblər. Onların namizədliyi partiya qurultaylarında təsdiq edilməlidir. Respublikaçıların Milli Qurultayı 15-18 iyul tarixlərində Viskonsin ştatında keçirilir. Demokratların Milli Qurultayı avqustda baş tutacaq.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri bu ilin noyabrın 5-nə təyin edilib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:   Tramp   Bayden   seçkilər   ABŞ  





Xəbər lenti