ABŞ təhlükəsizlik qüvvələri yeni qisas əməliyyatından qorxurlar -"Politico"

ABŞ təhlükəsizlik qüvvələri yeni qisas əməliyyatından qorxurlar    -"Politico"
  16 İyul 2024    Oxunub:911
Federal Təhlükəsizlik Bürosu(FTB) və ABŞ Daxili Təhlükəsizlik Departamenti ekstremistlərin keçmiş prezident Donald Trampa sui-qəsd cəhdinə görə qisas ala biləcəklərindən narahatdır.
AzVision.az xəbər verir ki, bu barədə “Politico” kəşfiyyat xidmətlərinin yaydığı sənədə istinadən yazıb.

Bununla belə, ekstremistlərin potensial hücumlarının konkret hədəflərinin adı açıqlanmayıb.

Qeyd edək ki, Tramp Pensilvaniyada tərəfdarları qarşısında çıxışı zamanı sui-qəsd cəhdinə məruz qalıb. O, qulağından güllə yarası alıb.
Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti