Azərin “bozqurd” işarəsi göstərdi, Ərdoğan alqışladı

   Azərin “bozqurd” işarəsi göstərdi,    Ərdoğan alqışladı
  16 İyul 2024    Oxunub:907
Türkiyədə Demokratiya və Milli Birlik Günü ilə bağlı keçirilən anım tədbirində çıxış edən Xalq artisti Azərin “bozqurd” işarəsini göstərib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni mərasimdə “Çırpınırdı Qara dəniz” mahnısını oxuyarkən "bozqurd" işarəsi göstərərək ifasını sonlandırıb.

Səhnə performansı yüksək qiymətləndirilən azərbaycanlı sənətçi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, onun xanımı Əminə Ərdoğan və digər qonaqlar tərəfindən bir neçə dəqiqə alqışlanıb.

Qeyd edək ki, Türkiyə millisinin üzvü Merih Dəmiral Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında Bozqurd işarəsi göstərdiyi üçün cəzalandırılıb.




Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti