KİV: Trampa polis snayperlərinin yerləşdiyi binanın damından atəş açılıb

      KİV:    Trampa polis snayperlərinin yerləşdiyi binanın damından atəş açılıb
  16 İyul 2024    Oxunub:821
ABŞ-nin keçmiş prezidenti Donald Trampın Pensilvaniya ştatında keçirilən mitinqində təhlükəsizliyi təmin edən polis snayperlərindən ibarət qrup Tomas Metyu Kruksun damından atəş açdığı binada olub.
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən New York Post qəzeti yazıb.

Qeyd olunub ki, cani maneəsiz olaraq binanın damına qalxa bilib.

Qəzet əlavə edib ki, polislərdən biri atəş açılmamışdan bir neçə dəqiqə əvvəl damda axtarış aparmağa cəhd edib, lakin Kruks ona tüfəng tuşlayanda geri çəkilib. ABŞ Məxfi Xidmətinin sözçüsü Entoni Quleminin sözlərinə görə, hadisənin baş verdiyi ərazidə təhlükəsizliyə cavabdeh yerli polis olub.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti