Əfqanıstanda daşqınlar: 40 nəfər ölüb

Əfqanıstanda daşqınlar:    40 nəfər ölüb
  16 İyul 2024    Oxunub:439
Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində baş verən daşqınlar nəticəsində azı 40 nəfər ölüb, 347 nəfər yaralanıb.
Bunu radikal Taliban hərəkatının yaratdığı hökumətdə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Şərafət Zaman deyib. Onun sözlərinə görə, yaralılara lazımi tibbi yardım göstərilir, humanitar yardımlar isə beynəlxalq təşkilatlarla razılaşdırılaraq çatdırılır.

Əfqanıstan mediasının məlumatına görə, Nanqarhar əyalətində daşqınlara güclü yağışlar səbəb olub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti