Rusiyada 100-dən çox miqrant zəhərlənib?

Rusiyada 100-dən çox miqrant zəhərlənib?
  16 İyul 2024    Oxunub:692
Rusiyada miqrantlar kütləvi şəkildə zəhərləniblər.
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qeyd edilir ki. Moskvanın Dmitrovskoye Şossesindəki yataqxanada yaşayan 15 nəfər qida zəhərlənməsi əlamətləri hiss etdikdən sonra həkimlərə müraciət edib. Paytaxtın İstintaq Komitəsi mediada yayılan məlumatları təsdiqləyib. Müstəntiqlər hadisə ilə bağlı araşdırmalara başlayıblar.

Şahidlərin sözlərinə görə, ötən gecə yataqxanaya bir neçə təcili yardım maşını cəlb edilib: "Dərhal bir neçə nəfər xəstəxanaya aparılıb. Müstəntiqlər yaxınlıqdakı şaurma satış məntəqələrini də yoxlayırlar. Çünki ilkin versiyaya görə, kütləvi zəhərlənməyə səbəb keyfiyyətsiz fast food ola bilər".

Sosial şəbəkələrin Rusiya seqmentində isə zəhərlənənlərin sayını gizlədilməsi barədə məlumatlar yayılıb. İddia olunur ki, yüzdən çox əcnəbi ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti