İsrail ilə Livan arasındakı gərginlik son həddədir
Fəhm qeyd edir ki ,"İsrail ilə Hizbullah arasındaki gərginlik son aylarda daha da şiddətlənib. Qarşılıqlı raket zərbələri endirilir. Bu günə qədər baş verən toqquşmalarda 600-ə yaxın insan həyatını itirib. Dünya arenasında dəstəyinin azaldığını görən İsrail belə böyük miqyaslı əməliyyatları başlamağa tələsməyəcək".
İsrailin Qəzzada keçirdiyi döyüş əməliyyatlarının artıq nəzarətdən çıxması və bir drama çevrilməsi bütün dünyanın diqqətini Təl-Əviv-ə yönəldib. Öz ölkəsində də etirazlarla qarşılaşan baş nazir Benyamin Netanyahu bu müharibənin sonunun olmadığını görür. İsrailli siyasi analitiklər də vurğulayır ki , Livan-İsrail arasında yeni müharibə baş verərsə , çox uzun müddət davam edəcək. ABŞ-ın İsrailə yenidən dəstək verəcəyi də sual altındadır.
Qeyd edək ki, Yaxın Şərq son illərin ən böyük döyüş riski ilə üzbəüz qalmış vəziyyətdədir.Yəməndə Husilərin fəallığı , İranda isə daxili vəziyyətin stabil olmadığı bir zamanda Yaxın Şərqdə yeni müharibə ocaqlarının yaranması da real görünür.
Elnur Məmmədov
AzVision.az
Teqlər: